Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Biz milli Azərbaycanın qurbanlarıyıq”

“Biz milli Azərbaycanın qurbanlarıyıq” Layihə

“Biz milli Azərbaycanın qurbanlarıyıq”

Azərbaycan legionerlərinin Berlində nəşr edilən "Azərbaycan" qəzeti belə yazırdı...

Bötük Vətən müharibəsi faşist Almaniyasının təkcə silahla hücumu deyil, həm də ideoloji hücumu ilə səciyyələnir ki, ikinci birincidən daha çox nailiyyət qazanmışdı. Almaniya onun tərəfinə könüllü keçən əsirlərin fəaliyyətinə hər şərait yaratmaqla işğal etməyə hazırlaşdığı xalqların rəğbətini qazanmağa çalışırdı. Bu məqsədlə yaradılan "Vineta" təbliğat şöbəsi Göbbelsin başçılıq etdiyi Təbliğat Nazirliyində tərkibində idi və Berlində yerləşirdi. Şöbənin üç xidmət növü vardı: Fəal Təbliğat, Helman bürosu, Radioverilişlər redaksiyası. Fəal təbliğat xidməti əsasən sovet hərbi qulluqçularının almanlar tərəfinə keçməsinə kömək göstərən çağırış vərəqələri, plakatlar, qrammofon valları hazırlayırdı. Helman bürosu işğal bölgələrindən Almaniyaya gətirilmiş SSRİ vətəndaşları arasında kütləvi tədbirlər hazırlanması ilə məşğul olurdu. Radioverilişlər xidməti isə SSRİ xalqları dillərində gündəlik verilişlər hazırlayıb yaymlayırdı. Radioverilişlər xidməti rus, ukrayna, belorus, Pribaltika və Qafqaz redaksiyalarından ibarət idi. Radioverilişin Qafqaz redaksiyasına professor Şayber, sonralar Qafqaz almanı Lents rəhbərlik etmişdir. Qafqaz redaksiyası da milli redaksiyalara bölünürdü: Azərbaycan, gürcü, erməni, Şimali Qafqaz, türkmən, tatar və kalmık. Hər bir redaksiyada rəhbərdən əlavə, hərbi əsir və mühacirlərdən olan beş nəfərə qədər tərcüməçi və diktorlar işləyirdilər. Onlar öz dilində radio ilə hər gün Vermaxtın Ali komandanlığının cəbhə xidmətindəki vəziyyətlə bağlı məlumatı efirə verirdilər. Araşdırmaçı Nəsiman Yaqublu yazır ki, radioverilişin Azərbaycan redaksiyasına əvvəllər Şamaxı rayonundan olan, sovetləşmədən sonra Türkiyəyə mühacirət etmiş Tuğay Məmmədov başçılıq edib. Sonradan Azərbaycan redaksiyasına rəhbərlik Şəki rayonundan olan Ənvər Qazıyevə tapşırılıb. Redaksiyada çalışanlar 300 marka əmək haqqı, hər çıxışa görə əlavə 10 marka müəllif haqqı alırdılar. Redaksiya proqramları sırasında "Anaya məktub", "Novruzgülü", "Milli müstəqillik", "Azərbaycan nə uğrunda döyüşür" adlı verilişlər olub.
1942-ci ildən başlayaraq hərbi əsirlərin yerləşdiyi düşərgələrdə və legionlarda poçt işi təşkil edilmiş, qəzetlər nəşr olunmağa başlamışdı. Düşərgələrdə "Kliç", "Zarya" adlı qəzetlər nəşr edilir, həm də siyasi təbliğat xarakteri daşıyırdı. Ayrı-ayrı xalqların təmsilçiləri, legionerləri öz dillərində qəzetlər, jurnallar, kitablar nəşr edirdilər. Məsələn, ruslar "Könüllü" ("Dobrovoleç") qəzetini nəşr edib legionerlər arasında yayırdılar. Azərbaycan legionerlərinin yayımladığı "Azərbaycan", "Hücum" qəzetləri, "Milli Birlik" dərgisi Vermaxt tərəfindən maliyyələşdirilir, Azərbaycan legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında yayılan "Siqnal" jurnalı rus dilində çap edilsə də, azərbaycanlıların döyüş qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. Nəsiman Yaqublunun yazdığına görə, legionerlərin çap etdirdiyi "Azərbaycan" qəzeti 1942-ci ilin may-iyun aylarından Berlində (Ünvan: Berlin, W8, Behrenstrabe 65, 111) nəşrə başlayıb. "Azərbaycan" qəzeti Şərq Nazirliyinin xüsusi himayədarlığı ilə nəşr edilirdi. Qeyd edək ki, qəzetin ilk saylarında türk-osmanlı şivəsinə üstünlük verən mühacirlərə azərbaycanlı legionerlər etiraz etmiş, onun müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə qəzet Təbliğat üzrə Baş İdarənin himayəsinə keçirilmişdi. Berlində nəşr edilən qəzet 6-8 səhifədən ibarət idi və tirajı 10 mindən 20 minə qədər qalxırdı. Məcid Musazadə (Qarsalanlı) redaktor, Cəmil İsgəndərli redaktor müavini, Əliheydər Süleymanov arxiv işçisi, Mövsüm Babayev təlimatçı, Xaliq Babayev mətbəə işləri üzrə texniki əməkdaş, Zahid Ağayev icraçı katib, Əli Adıgözəlov korrektor vəzifəsində çalışırdılar. Bəzi məlumatlara görə Sovet Azərbaycanında sonralar "Mixaylo" kimi məşhurlaşmış Mehdi Hüseynzadə də legioner olmuş və "Qürbətzadə" təxəllüsü ilə həmin mətbuat orqanlarında çıxış edib. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilib. Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz,ədəbiyyatımız, folklorumuzla bağlı çoxlu yazılar çap edilirdi. Qəzetin 1942-ci ildəki 20 dekabr tarixli sayında (N28) "Milli Azərbaycan" başlıqlı bir məqalədə yazılırdı: "Taburlarımızın başları üzərində dalğalanan üçrəngli bayraq – bu Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı". Qəzetin eyni sayında "Göy, Qırmızı-Yaşıl" (Milli Azərbaycan bayrağı), "Milli Azərbaycan bütün xalqın Azərbaycanıdır", "Siniflər yox, millətlər var" kimi milli Azərbaycan ideologiyasının əsaslarını anladan məqalələr çap olunurdu.
Keçmiş legioner, Azərbaycan Milli Mərkəzinin Başqanı M. Kəngərli "Azərbaycan" qəzetinin fəaliyyəti ilə bağlı yazırdı ("3 yanvar 1943-cü ildə "Müqəddəs arzu, böyük ümid" məqaləsində): "23 illik əsirlikdən sonra istiqlalçı azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz legionerlərə nəsib olmuşdur". Eyni nüsxədə Qurban bayramı münasibəti ilə yazılan "Qurbanlarımız qəbul olsun" məqaləsində "Biz milli Azərbaycanın qurbanlarıyıq" deyilirdi. 1943-cü ilin 10 yanvarındakı sayda "Bir kərə yüksələn bayraq, bir daha enməz!" məqaləsində bu sətirlər vardı: "Eyni ilin 28 Mayısında Milli Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etmiş olan Milli Azərbaycan Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq Milli hökumət və Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə ilə bitirmişdir: - Bir kərə yüksələn bayraq, bir daha enməz!". Bu tarixi xatirələri nəql etdikdən sonra qəzet legionerlərə xitabla bunları əlavə edir: "Əziz arkadaşlar! Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir) adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!.." 24 yanvar 1943-cü il tarixli nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli Azərbaycan Komitəsinin alman hökumət məqamlarının məlumatı ilə fəaliyyətə başladığı xəbər verilir. Bu xəbərə görə, "Adlon" otelində azərbaycanlıların bir toplantısı olduğu və bu toplantıda Məhəmməd Əmin Rəsulzadənin təfsilat verdiyi bildirilir. Milli Komitənin Proqramı: "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə etmək, Qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etməkdən ibarətdir"- deyilir. İqtibasları, əlimizdə təsadüfən mövcud olan nüsxələrdən dərc edirik. Nəsiman Yaqublu yazır ki, "Azərbaycan" qəzetinin 25-ci istiqlal ildönümünə təsis etdiyi 30 may 1943-ci il tarixli nüsxəsinin səhifəsı başdan-başa böyük manşetlərlə - nasist Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur olan – "insanlara azadlıq, millətlərə istiqlal!" şüarı bəzəyir. Sonra idarə tərəfindən "Azərbaycanın qəhrəman oğullarına" - deyə bir xitab vardır. Bu xitab belə bitir:"Davamız haqlıdır. Haqq bizimlədir. Yaşasın cəsur legionerlərimiz, yaşasın milli istiqlal!" Eyni nüsxədə "Azərbaycan istiqlalının susdurulduğu 27 aprel - Azəri türklərinin qaragünü münasibəti ilə milli şefimiz hörmətli M. Ə. Rəsulzadəyə redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik" müqəddiməsiylə Emin bəyin bir məktubu dərc edilmişdir. Məktub belə bitir: "Yaşasın milli Azərbaycan, yaşasın milli istiqlal idealına bağlı qalan Azərbaycan legionerləri!" Məktubun bir cümləsi çox mənalıdır, deyilir: "Milli istiqlal uğrunda canlarını verməyə hazır fədailərin şəxsinə qarşı göstərdikləri etimada layiq bir xidmətdə bulunmaq imkanını əldə etmək, milli davaya sərf etdiyim həyatımın ən sədaqətli anını təşkil edəcəkdir!" Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük, demokratiya və Azərbaycan istiqlalını canlandıran xatirələr və aktual məqalələrlə doludur. "28 Mayıs Azərbaycan tarixinin əhəmiyyəti", "Azərbaycan istiqlalı uğrunda mübarizə" kimi başlıqlar nüsxənin hər səhifəsində gözə çarpmaqdadır. Qəzetin ədəbiyyata ayırdığı səhifədə milli şairimiz Əhməd Cavadın "Milli bayrağımıza!" xitab edən şeri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin, legioner şairlərdən Daşqın, Süleyman, Mustafa Həqqi, Azəri və başqa şairlərin istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin: Milli Şura başqanı möhtərəm M.Ə.Rəsulzadə, Milli Məclisin ikinci rəisi Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız, pul və sair bu kimi xatirələri canlandırmaqdadır. Bütün bu yazı və rəsmlərin arasında özəl bir çərçivə içində 28 Mayıs 1918-ci ilin İstiqlal Bəyannaməsinin 5 maddəsi dərc olunmuşdur".
Nəsiman Yaqublunun araşdırmasına görə, Azərbaycan legionerlərinin Berlində nəşr edilən "Azərbaycan" qəzetinin 1943-cü ilin avqust (32(60) sayında maraqlı materiallar, məlumat və yazılar çap edilib : "Hissəmiz ilk vuruşda qalib çıxdı" məqaləsində yazılmışdı: Bizim taburda legionerlərə böyük qayğı göstərilir. Cənab oberleytenant Lövven tabur nəfərləri ilə hər gün görüşür, ayrı-ayrılıqda onlarla söhbətlər aparır və legionerlərin vəziyyətini hər cəhətdən daha da yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. O, xəstələri də unutmur. Hər gün onların yanma gedir və qiymətli hədiyyələr aparır. Taburumuzda olan almanlar və azərbaycanlılar bir-birləri ilə mehribancasına yoldaşlıq və dostluq edirlər. Hətta hər bir alman növbəti məzuniyyətə gedərkən özləri ilə bir azərbaycanlı da aparır. Bunun üçün taburumuzda imkan vardır. Budur,yefreytor Şefler məzuniyyətə getdiyi zaman legioner Məhəmmədi və ştabsfeldfebel Şonner isə legioner Əzizovu özü ilə birlikdə aparmışdır. Belələri taburumuzda az deyildir. Bunlarla yanaşı olaraq taburumuz öz hərbi və taktiki təlim işlərini müvəffəqiyyətlə davam etdirir. Legionerlər müasir alman hərbi texnikasına məharətlə yiyələnmişlər və döyüş bacarıqlarını qat-qat artırırlar".

Ülviyyə Tahirqızı