Yunanıstan İdomeni düşərgəsindən miqrantları evakuasiya edir Dünya

Yunanıstan İdomeni düşərgəsindən miqrantları evakuasiya edir

Makedoniya isə yalnız suriyalı və iraqlıları ərazisinə buraxacaq

Cavid

Yunanıstan Makedoniya ilə şimal sərhədində yerləşən müvəqqəti İdomeni düşərgəsindəki minlərlə miqrantı evakuasiya etməyə başlayıb. Əməliyyat səhərə yaxın başlayıb və şahidlər bildirir ki, polis maşınları və avtobuslar insanları daha yaxşı təşkil olunmuş obyektlərə daşımaq üçün ərazidədir. Düşərgəyə xüsusi polis qüvvələri yeridilsə də, rəsmilər güc istifadə olunmayacağını deyib.
Düşərgə fevral ayında Makedoniyanın sərhədləri bağlamasından sonra yaranıb. Burada 8 mindən çox insan toplaşıb. Əsasən, Suriya, İraq və Əfqanıstan kimi münaqişə zonalarından olan miqrantlar çadırlarda çox ağır şəraitdə yatmağa məcbur olsalar da köçməkdən imtina edib.
Onlar Yunanıstan hakimiyyətinin təşkil etdiyi düşərgələrə köçürülməklə bağlı çağırışlara məhəl qoymayıblar. Miqrantlar bu addımı, sərhəddən uzaqlaşmaq istəmədikləri üçün atdıqlarını deyirlər. Polis jurnalistlərin düşərgəyə daxil olmasına mane olub. Miqrantlar əsasən Türkiyədən Yunanıstana qayıqla gəlir
Hökumət sözçüsü Giorgos Kyritsis yunan televiziyasına bildirib ki, bütün miqrantlar köçürüləcək və bu əməliyyat üçün təxminən bir həftə tələb olunur. "İdomeni kimi bir şey mövcud ola bilməz. Bu, yalnız qaçaqmalçıların maraqlarına xidmət edir,"- o deyib. Onun sözlərinə görə, miqrantların əksəriyyəti Yunanıstanın ikinci şəhəri olan Saloniki yaxınlığında yeni düşərgəyə köçürüləcək.
Həmçinin, polis sərhəddə dəmir yolunu ba bağlamış təxminən 2 min nəfəri köçürməyə başlayıb. Dəmir yolu bir aydan artıqdır ki, miqrantlar tərəfindən bağlanıb. Bu da qatarları Bolqarıstan vasitəsilə daha da şərqə istiqamətlənməyə məcbur edir. Makedoniyanın Yunanıstanla sərhəddən keçən miqrantlara görə keçidin bağlanması qərarından sonra Avstriya elan edib ki, o, öz sərhəd nəzarəti sərtləşdirir. O vaxtdan bəri digər Balkan ölkələri öz sərhədlərini bağlayıb.
Bir milyondan artıq qeydiyyatsız yaşayan qaçqın və digər miqrantlar ötən ilin əvvəlindən etibarən Avropa İttifaqı ərazisinə daxil olub. Onlar Türkiyədən Yunanıstana qayıqla gəlir. Bu hal Aİ üzvü olan 28 dövlətdə böhran yaradıb.
O da söylənilir ki, Makedoniya sərhədlərini əfqanların üzünə bağladıqdan sonra minlərlə miqrant və qaçqın Afina və Yunanıstanın şimal sərhədlərində qalıb. Təxminən 5 minə yaxın insan sərhəddə gözləyir. Daha əlavə 4 min nəfərsə Pirey limanına çatıb. Makedoniya qeyd edib ki, yalnız suriyalı və iraqlıları ərazisinə buraxacaq. Yunanıstan bu fikrə etiraz etsə də, Makedoniya digər ölkələrin əfqanlara icazə vermədiyini deyib.
Ötən həftə Avstriya gündəlik yalnız 80 mühaciri qəbul etməsi barədə qərar qəbul edib. Avropa İttifaqı rəsmiləri Avstriyanın qərarının insan haqları konvensiyasına uyğun olmadığını desə də, Balkan ölkələri Yunanıstandan gələnlərin qarşısını almaq üçün öz qadağalarını qoymağa başlayıb. Ötən ildən bəri minlərlə miqrant və qaçqın Almaniya və digər Aİ ölkələrində mühacirət almaq üçün Yunanıstan vasitəsilə Avropa qitəsinə gəlib. Təkcə 2015-ci ildə Almaniyaya 1,1 milyon insan gəlib. Rəsmi rəqəmlərə görə, suriyalılardan sonra mühacirlər siyahısında ikinci yeri əfqanlar tutur.