Bu ölkələr arasındakı ərazi mübahisəsi ilə bağlı qərar Dünya

Bu ölkələr arasındakı ərazi mübahisəsi ilə bağlı qərar

Uzun illərdən bəri Sloveniya və Xorvatiya arasında su və quru sərhədlərinin bölüşdürülməsinə dair hüquqi mübahisə ilə bağlı bu gün Haaqa Arbitraj Məhkəməsi öz qərarını elan edib.
Məhkəmənin qərarına görə, Adriatik dənizinin sahilində yerləşən və iki Balkan ölkəsi arasında mübahisə mənbəyi olan Piran buxtasının böyük bir hissəsi Sloveniyanın tabeliyinə keçməli və həmçinin Xorvatiya qonşu ölkəyə beynəlxalq sulara çıxış üçün su koridoru verməlidir.
Sloveniyanın STA agentliyinin yaydığı məlumatda hakim Jilber Giyomun yeni dəniz və quru sərhəd xəttinin keçməli olduğu əraziləri bəyan etməsi qeyd olunub. Sloveniya tərəfi Piran buxtasına tam olaraq iddialı olsa da, beynəlxalq sulara çıxış imkanı verən əsas hissəsini əldə edib. Xorvatiya tərəfi isə iki ölkə sərhədində delimitasiyası nəticəsində strateji əhəmiyyət daşıyan Trdinov vrh dağ zirvəsi üzərində nəzarəti əldə etməlidir.
1991-ci ildə hər iki dövlət müstəqilliyini əldə etdikdən bəri sərhəd xətti ilə bağlı mübahisə nizamlana bilmir. Hətta 2008-ci ildə münaqişə öz kulminasiya nöqtəsinə çatıb və Sloveniya bir neçə ay Xorvatiyanın Avropa İttifaqı üzvlüyünə dair danışıqlara blokada tətbiq edib. 2009-cu ildə hər iki tərəf mübahisənin beynəlxalq arbitraj məhkəməsi vasitəsilə həllinə razılaşsalar da, 2015-ci ildə Xorvatiya qonşu dövlətin arbitraj qaydalarını pozmaqda ittiham edərək arbitraj prosesində iştirak etmədiyini bəyan edib. Beynəlxalq məhkəmənin hazırkı qərarı Sloveniya tərəfindən qəbul edilsə də, Xorvatiya qərarla tanışlıqdan imtina edib. Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, Baş naziri Andrey Plenkoviç məhkəmənin qərarı elan edilməmişdən bir neçə gün əvvəldən vurğulayıblar ki, arbitraj prosesi Xorvatiya üçün artıq mövcud deyil.
Xorvatiyanın Baş naziri məhkəmə qərarını şərh edərkən Sloveniyanı birtərəfli qaydada addımlar atmaqdan çəkinməyə çağırıb: "Xorvatiyanın öz dövlət ərazisi və maraqlarını qorumaq üçün imkanları mövcuddur".
Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri keçən həftə ərzində altı dəfə həyəcan siqnalı ilə havaya qalxıb.
Axar.az xəbər verir ki, bu barədə informasiya Rusiya Müdafiə Nazirliyinin "Qırmızı ulduz" qəzetində yer alıb. Havaya qalxan təyyarələrin hansı təyyarələri yaxaladığı bildirilmir.
Qəzet həmçinin keçən həftə ərzində xarici təyyarələrin Rusiya sərhədləri yaxınlığında 15 kəşfiyyat uçuşu həyata keçirdiyini vurğulayıb. Bunlardan 8-i ABŞ, 3-ü İsveçin payına düşüb. Bundan başqa Norveç və Yaponiya da hər biri Rusiya sərhədlərinə iki təyyarə göndəriblər.