Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
16 Sentyabr 2019 13:24
1 715
Səudiyyə Ərəbistanı neft yataqları hücuma məruz qalıb. Biz bunun təsadüfən baş vermədiyini düşünür və bunu edənlərin təqsiri olduğuna inanmaq səbəbimiz var. Təqsirkarla bağlı biz hədəfə bağlıyıq və silahlarımız doludur.
Bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib. O, əlavə edib ki, ABŞ hazırda Səudiyyə Ərəbistanından bu hücumum kim tərəfindən olunduğunun bəyan edilməsini gözləyir. Donald Trampın sözlərinə görə, ər-Riyaddan gələcək cavaba uyğun olaraq addım atacaqlar.
Qeyd edək ki, Donald Trampdan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo çıxış edərək Səudiyyənin neft yataqlarına hücuma görə İranı ittiham edib. İran İnqilab Keşikçiləri Korpusunun hava qüvvələri generalı Əmir Əli Hacızadə isə bəyan edib ki, ABŞ baza və təyyarə daşıyan gəmiləri İrandan 2 min kilometr məsafədədir və raketlərimiz bu hədəfə çatır. Tehranın müharibəyə hazır olduğunu söyləyən general bildirib ki, Vaşinqton hərbi hərəkətə keçsə, bu zaman Qətərdəki El-Udeyd, BƏƏ-dəki Az-Zafra və Oman körfəzindəki ABŞ gəmiləri hədəfə alınacaq.
Xatırladaq ki, Səudiyyənin neft sahələri ötən həftə dron hücumuna məruz qalıb. Hücumu Yəməndəki Husilər öz üzərinə götürüb. Amma bu hücumun Husilər tərəfindən edilməsi şübhəli sayılır. Çünki bunun üçün dronlar Yəməndən Səudiyyənin ortasına qədər yüzlərlə kilometr uçmalıdır. Bu səbəbdən də hücumun İran və ya İraqın şimalındakı şiə polisləri tərəfindən ola biləcəyi versiyası üzərində dayanılır.
15 Noyabr 17:45
1 232
15 Noyabr 17:44
1 211
15 Noyabr 17:09
1 323