Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb Dünya

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb

Hindistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6,3 min artaraq 151 767-yə çatıb.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyinin yaydığı məlumatda deyilir.
Bir gün əvvəl Hindistanda COVID-19-a yoluxanların ümumi sayı 145 380 nəfər idi (sutka ərzində artım 6,5 min olub), ondan bir gün öncə isə xəstələrin sayı 138 845-ə bərabər olub (sutka ərzində artım 6,9 mindən çox olub).
Nazirlin məlumatına görə, hazırda ölkədə 83 004 nəfər koronavirusdan müalicə alır. Xəstəlikdən 64 425 nəfər sağalıb (sutka ərzində 3 935 nəfər), 4 337 nəfər ölüb (sutka ərzində 170 nəfər).