Baş nazirdən açıqlama Dünya

Baş nazirdən açıqlama

"Biz Kobaniyə bağrımızı açdıq"

İki gün əvvəl Kobaniyəyə İŞİD hücumlarını bəhanə edən PKK -çılar Türkiyədə iğtişaşlara başlayıblar.
Ölkənin müxtəlif yerlərində insanlara, dövlət əmlakına hücum edən PKK-çılar, terror təşkilatının siyasi qolu olan HDP-nin çağırışı ilə daha da azğınlaşıblar.
PKK-nın düzənlədiyi bu aksiyalarda diqqəti çəkən bəzi məqamlar var:
1 - 1990-cı illərdən bu yana ilk dəfə dövlət tərəfindən küçəyə çıxma yasağı tətbiq edilməsi hadisənin ciddiliyini göstərir.
2 - PKK-nın Suriya qolu olan YDP-nin də olaylarda yer alması və terror təşkilatının gənclər qolu olan YDG-nin tvitter hesabı üzərindən bütün planların həyata keçirilməsi .
3 - Olaylar zamanı diqqət çəkən ən mühüm məqam, daha əvvəl görmədiyimiz bir mütəşəkkilliyin olması. Daha əvvəlki hadisələrdə əsasən uşaqlar istifadə olunurdu, ancaq bu hadisələrdə uşaqlar da olmaqla, öncədən hazırlandığı şübhə doğurmayan, bəzi qruplar və yetkin şəxslər, yəni yetkin provakatorlar meydandadır.
4 - Türkiyədə polisində Gülənçi "paralel şəbəkə"nin izi deyəsən hələ də qalmaqdadır. Belə ki, Diyarbəkrdə Azad Partiyaya hücum edən PKK-çılara bəzi polislərin sahə açdığı, onlara imkan yaratdığı məlum olub. Partiya üzvlərinə isə yaralıları belə çıxartmağa imkan verilmirmiş. Artıq bu polislərlə bağlı araşdırmanın aparıldığı bildirilir.
5 - İlk dəfə olaraq prosesə Türkiyədəki Hizbullah tərəfdarlarının qoşulduğu da bəlli olub. Hizbullah PKK-çıların hücum edəcəyi təqdirdə, ölümə-ölümlə cavab verəcəklərini açıqlayıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu məsələ ilə bağlı Təhlükəsizlik Zirvəsinin iclasından sonra açıqlama verib. Baş nazir ölkədə yaşanan siyasi gərginliyə münasibət bildirib.
Əhməd Davudoğlu bildirib ki, iğtişaşlar zamanı 368 nəfər həbs olunub: "Təəssüf ki, hadisələrdə 19 vətəndaşımızı itirdik. 145 yaralı var. Bu vaxta 368 nəfər qədər həbs olunub".
Hökumət başçısı Suriyanın Kobani şəhəri uğrunda İŞİD terroçu qruplaşması ilə PYD (PKK-nın Suriya qanadı) arasında gedən döyüşlərin Türkiyədə qarşıdurma ilə nəticələnməsini vandalizm adlandırıb. "Kimsə ölkə xaricində yaşanan acı hadisələri Türkiyə daxilindəki bir məsələ kimi əks etdirməklə xalqı təhdid etmək cürətini göstərə bilməz. Biz Kobaniyə bağrımızı açdıq. Onlar bu vandalizmi həyata keçirən şiddətə meylli insanlara sığınmadılar. Kobanidə kürdlərə edilən zülmə etiraz edərək Türkiyədəki kürdlərə təzyiq etmək hansı məntiqə sığır?",- deyə Əhməd Davudoğlu bildirib.
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız isə deyib ki, Ankara "İslam Dövləti" (İŞİD) və Kürd Fəhlə Partiyasının (PKK) silahlıları arasında fərq qoymur. Onun sözlərinə görə, hər iki təşkilatın fəaliyyəti insanların həyatı üçün təhlükə törədir.
Qeyd edək ki, daha əvvəl Türkiyə parlamenti ölkənin Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib. 396 deputatdan 298-i Mandatın lehinə, 98-i əleyhinə səs verib.
Türk Quru Qoşunları Komandanı orgeneral Hulusi Akar isə Suriya sərhəddindəki İŞİD hücümları səbəbilə əsgərlərə təlimat verib. Akar, hücum atışı hansı qruplaşmadan gəlirsə-gəlsin "seçim etmədən qarşılıq verin" əmrini verib.
Ayn al Ərəb (Kobani) İŞİD ilə PKK-nın Suriya qolu PYD arasındakı çatışmalar şiddətləndi, son iki gün içində Suruça 15 hava topu düşüb. Hadisələrə yoxlamaq məqədilə Quru qoşunları Komandanı orgeneral Hulusi Akar ilə Hava Qüvvətləri Komandanı Akın Öztürk bölgəyə səfər edib.
Hər iki komandan "fövqalədə vəziyyətin" davam edəcəyini bildirib.