Ermənilər səfalət içindədirlər Dünya

Ermənilər səfalət içindədirlər

Ermənistan milli statistika xidməti, demək olar ki, bu günlərdə "Yoxsulluq və ərzaq təminatı" məruzəsini dərc eləyib. Orada ilk dəfə olaraq əhalinin 2013-cü ildəki gəlirləri açıqlanıb.
Ermənistan sakinləri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Onların 35%-dən çoxu ayda cəmi 21 dollar gəliri olur. Ölkə iqtisadiyyatı ilə bağlı fikirlərini jurnalistlə söhbətində Ermənistanın eks-prezidenti Robert Koçaryan da bölüşüb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının yaxın gələcəyi üçün heç bir optimist qiymətləndirməyə malik deyil. Həm də, Koçaryanın fikrincə, çox tezliklə Ermənistan iqtisadiyyatı üçün yeni təhlükələr yaranacaq və bunların sırasında qlobal təhlükələr də yer alacaq. Koçaryan həm də vurğulayıb ki, Avrasiya İttifaqına girdikdən sonra da Ermənistanın başına nə gələcəyi bəlli deyil. Çünki Rusiya ilə Qərbin qarşıdurması şəraitində bu ittifaqın, həm də Gömrük İttifaqının necə işləyəcəyi aydın deyil.