Göksəl Gülbəydən Davudoğluna etiraz Dünya

Göksəl Gülbəydən Davudoğluna etiraz

"Türkiyədə erməni əsilli birinin baş nazirin müşaviri təyin edilməsi narahat edicidir"

"Türkiyə vətəndaşı olan erməni əslli Etyen Mahçupyanın baş nazirin müşaviri vəzifəsinə təyin olunması qəbuledilməzdir".
Belə bir açıqlama ilə çıxış edən "Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi"-nin sədri Göksəl Gülbəy deyib ki, qondarma erməni soyqırımını tanıyan və hər köşə yazısında Türk xalqını üzr istəməyə dəvət edən Etyen Mahçupyanın baş nazirin müşaviri vəzifəsinə gətirilməsi narahat edicidir: "Bu təyinat erməni lobbisinin Türkiyədə özünü daha da güclü hiss etməsini təmin edəcək. Türkiyədə erməni lobbisinə xidmət edən qeyri-hökumət təşkilatlarının daha da fəallaşmasına gətirib çıxaracaq. Ümid ediəm ki, hörmətli baş nazirimiz və hökumət səlahiyyətliləri tezliklə bu təyinat qərarından vaz keçər, erməni terror təşkilatı ASALA-nın şəhid etdiyi diplomatlarımız və erməni şəbəkələrinin qətl etdiyi atalarımızın sümüklərini sızlatmazlar. Bu təyinat şəhid diplomatlarımızın ailələrini və bizləri dərindən üzür".