WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
1 Mart 2021 14:05
3 129
Ermənistan Təhlükəsizlik Şurası (TŞ) Ermənistan Prezidenti Armen Sarkisyana müraciət edib.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan Təhlükəsizlik Şurası bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Təhlükəsizlik Şurası müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən orqan olaraq Silahlı Qüvvələrin siyasi prosesə cəlb edilməsi cəhdlərini qətiyyətlə pisləyir: “Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə qarışmanın yolverilməzliyini, mülki nəzarət altında olma faktını açıq şəkildə müəyyənləşdirir. Qanuna əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin təyin və ya vəzifədən azad edilməsi təklifi Baş nazirin qərarına əsaslanır”.
Bəyanatda qeyd olunub ki, Ermənistan respublikasının prezidenti konstitusiyaya riayət olunmasına nəzarət edir və belə olan halda birmənalı olaraq müvafiq bir mövqe qoymalıdır: “Yuxarıda göstərilənlərə əsaslanaraq Təhlükəsizlik Şurası prezidenti Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırır”.
11:27
945
11:24
1 799
16 May 11:14
1 652