SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
13 Aprel 2022 12:53
3 717
Ötən il Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək.
Bunu açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, beynəxalq təcrübənin peşə təhsili sahəsinə gətirilməsi və beynəxalq əməkdaşlıqların yaradılması istiqamətində müəyyən işlər görülür.
"Bu çərçivədə Türkiyə ilə peşə təhsili əməkdaşlığımız çox vacibdir. Ötən il iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Bu il Türkiyənin Bursa şəhərində yerləşən bir neçə məktəbin nümayəndələri Bakıya səfər edərək, ölkəmizin bir çox məktəbləri ilə qardaşlıq müqavilələri imzaladı və onlardan biri də məhz Bərdə məktəbi ilə oldu", - deyə o bildirib.