Bu gün saat 12.00-dək qan verənlərin sayı açıqlanıb Hadisə

Bu gün saat 12.00-dək qan verənlərin sayı açıqlanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları davam edir.

Saat 12:00-a olan məlumata görə, ümumilikdə 1 436 nəfər könüllü olaraq qan verib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, Bakı üzrə rəqəm sayı 1013 nəfər (Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı (162 nəfər), Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı (191 nəfər), Nizami rayonu “Şah Abbas” məscidi (173 nəfər), Səbail rayonu Bibiheybət məscid ziyarətgahı (147 nəfər), Suraxanı rayonu “Qaraçuxur” məscidi (150 nəfər), Yasamal rayonu “Təzə Pir” məscidində (190 nəfər)) olub.

Qan bankının Gəncə (73 nəfər), Şəki (8 nəfər), Mingəçevir (43 nəfər), Bərdə (52 nəfər), Şirvan (63 nəfər), Sumqayıt (47 nəfər), Quba (50 nəfər) və Lənkəran (87 nəfər) bölmələrində isə ümumilikdə 423 nəfər qan verib.