Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib Hadisə

Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib

Qazax rayonu istiqamətində Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri Qəfarəli İntiqam oğlu Hacıyev dəfn edilib.
1997-ci il təvəllüdlü əsgər doğulduğu Yevlax rayonunun Qaraoğlan kənd məzarlığında torpağa tapşırılıb.
Mərasimdə Yevlax İcra Hakimiyyətinin rəsmiləri, rayon Hərbi Komissarlığının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri iştirak edib.
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı isə doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.