.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
İyunun 28-i, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.