Azərbaycan Rusiyadan yeni təyyarələr alır Hadisə

Azərbaycan Rusiyadan yeni təyyarələr alır

"Azərbaycan Rusiyanın "MS-21" təyyarələrini almaqda maraqlıdır".
Bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan ən azı 10 ədəd "MS-21" tipli təyyarənin alınmasına dair müqaviləni 2017-ci ilin fevral ayında imzalaya bilər:
"Biz planlaşdırırıq ki, bu müqavilə cari ilin sonunda, ya da 2017-ci ilin əvvəlində baş verəcək" - deyə Roqozin bildirib.
Roqozin həmçinin Azərbaycanın "An-124" təyyarələrinin almaqda maraqlı olduğunu da diqqətə çatdırıb: "Bu çox ciddi razılaşmadır. Bu müqavilə də növbəti il həyata keçəcək".
Qeyd edək ki, Azərbaycanın "Silk Way Airlines" aviasiya şirkəti ilə Rusiyanın "İlyuşin Finans" şirkəti arasında An-124-100 yükdaşıma təyyarələrinin alqı-satqısına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən təyyarənin alınması lizinq yolu ilə həyata keçiriləcək.