Esse müsabiqəsi elan olunub Hadisə

Esse müsabiqəsi elan olunub

Yunus Emre İnstitutu "Tanpınarı kəşf edirəm" adlı esse yarışması elan edib. İnstitutdan Sputnik-ə verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.
Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb, 10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq.
Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin tərcümeyi-hal, e-mail ünvanı, əlaqə nömrəsi tələb olunur.
Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur. Müraciət üçün son tarix: 15 noyabr 2016-cı il Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək. Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.
(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)
Ünvan: Rəşid Beybudov küçəsi 142 Tel. (+994 12) 440-31-05