İraq İran futbol komandasının təyyarəsini ölkəyə buraxmayıb Dünya

İraq İran futbol komandasının təyyarəsini ölkəyə buraxmayıb

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasının göyərtəsində olduğu təyyarənin Bəsrə şəhərinin hava limanına enməsinə icazə verməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İraqın Mülki Aviasiya İdarəsi tərəfindən qəbul edilib.

İran komandasının Bəsrədə İraq, Livan və Fələstin ilə yanaşı kiçik beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılırdı.

Yaxın Şərq KİV-lərinin məlumatına görə, təyyarə nəticədə İrana qayıdıb və Abadan hava limanına enib. İndi iranlı futbolçuların Bəsrəyə yerüstü nəqliyyatla yola düşəcəyi gözlənilir.

Payızın əvvəlində ABŞ-ın Maliyyə naziri Skott Bessent bəyan etmişdi ki, sentyabrın 23-dən etibarən İran təyyarələrinə xidmət göstərən şirkətlərə qarşı ABŞ sanksiyaları ilə əlaqədar İranın bütün beynəlxalq uçuşları ləğv edilə bilər.

Məryəm Quliyeva