“Leyla Yunusun bu əməli sifarişli xarakter daşıyır” Hadisə

“Leyla Yunusun bu əməli sifarişli xarakter daşıyır”

Mais Səfərli: "Siyasət dinə qoşulanda radikal bir hərəkat yaranır"

Mütəllim Rəhimli: "Onun hərəkətlərini Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq kimi qiymətləndirirəm"

Vasif Əəfndi: "Belə siyahıların ortaya çıxması gözlənilən haldır"

"Leyla Yunusun Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə dəstək nümayiş etdirən məktub göndərməsi onun bu əməlinin sifarişli xarakter daşımasından xəbər verir". Bu barədə "Yurddaş" partiyasının sədri Mais Səfərli sözügedən məsələyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, siyasət dinə qoşulanda radikal bir hərəkat yaranır: "Artıq biz bunu başqa ölkələrin təcrübəsindən görürük ki, radikal dini hərəkatlar hansı ağır fəlakətlər yaradır. Yəni o ölkələrdə ki, dindən siyasi məqsədlər üçün istifadə olunur, həmin ölkələrin aqibəti faciəvidir. Bu kimi ölkələrdə cərəyan edən qarışıqlıq bizim ölkəmizdə ola bilməz. Çünki bu cür hərəkətlərin baş verməsinə nə qanunlarımız, nə də cəmiyyətimiz yol verməz".
"Düşünürəm ki, dini hərəkatları dəstəkləyən siyasiləşmiş QHT-lər və bəzi siyasilər Azərbaycan dövlətinin maraqlarını nəzərə almayan qüvvələrdir"-deyə qeyd edən partiya sədrinin fikrincə, görünür, o qüvvələr Azərbaycanda stabilliyin pozulmasını istəyirlər, inkişaf etməsini deyil: "Pozuculuğa cəhdlərin qarşısı qanunla alınmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları bu cür radikal dini hərakatların meydana gəlməsinə və onların havadarlarının açıq- aşkar dəstəkləməsinə yol verməyəcək".
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli bildiirb ki, son vaxtlar Azərbaycanda siyasi məhbus məsələsindən bəzi radikal müxalif qüvvələr manupulayasiya etməyə çalışırlar: "Siyasi məhbus" şousunun gündəmə gəlməsində bəzi xarici qüvvələrin maraqları var ki, daimi olaraq, bu məsələni gündəmdə saxlamağa çalışırlar". Onun sözlərinə görə, bundan radikal müxalifət də öz məqsədləri üçün istifadə edir: "Demək olar ki, belə məsələləri şişirtməklə bir növ radikal müxalif qüvvələr özlərini xaricdə olan bəzi qüvvələrə reklam edirlər. Leyla Yunusun separatçılığı dəstəkləməsi, pozuculuğa xidmət edən bəyanatlar verməsi özünün şəxsi məsələləri üçün istifadəyə hesablanıb. Düşünürəm ki, Azərbaycanın daxili bir problemini şişirdilmiş şəkildə maraqlı qüvvələrin nəzərinə çatdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir".
"Əgər nə isə bir problem varsa, biz bunu öz aramızda həll edə bilərik" -deyə bildirən Ədalət partiyasının sədr müavini həmçinin qeyd edib ki, hər hansı bir məsələni beynəlxalq aləmdə müzakirə mövzusuna çıxarmaq cəhdi istər-istəməz həmin qüvvələrin və Azərbaycanın uğurlarından narahat olan tərəflərin bundan öz maraqları üçün istifadə etməyə çalışacaqlarına səbəb olacaq: "Bu baxımdan, Leyla Yunusun hərəkətlərini Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq kimi qiymətləndirir və pisləyirəm".
Vəhdət Pariyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi isə "hər il Azərbaycanda ölkəmizə dost olmayan qeyri hökumət təşkilatları tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara siyasi məhbus siyahıları təqdim olunur. Siyasi məhbus olaraq təqdim olunan siyahıda ictimai fəllarla yanaşı qatı cinayətkarların - korrupsiya və rüşvətxorluq, konkret xuliqanlıq əməli, dini ekstremizi təbliğ edən edənlərin adlarını gördüm və heç də təəccüblənmədim. Çünki, İranın və ya qərbin Azərbaycana dost olmayan qurumları tərəfindən hazırlanması tövsiyyə edilən belə siyahıların ortaya çıxması gözlənilən haldır",- deyə bildirib. Onun sözlərinə görə, Əli İnsanov kimi korrupsionerin və Taleh Bağırzadə kimi Vətənə xəyanət edən birisinin adının siyasi məhbus olaraq beynəlxalq qurumlara təqdim edilməsi çox gülünc və qərəzlidir: "Məlumdur ki, siyasi fəaliyyətlə məşğul olan bir sıra gənclərimizin də adı bu siyahılarda əksini tapıb. Bu gənclər arasında siyasi naşılıq üzündən davranışlarında və hərəkətlərində aşırı fəallıq göstərərək hüquqi çərçivəni pozduqlarına görə mühakimə edilərək azadlıqdan məhrum edilənlər də vardır. Lakin islah olunması mümkün olan gənclərimizin bu sayaq ekstremist və korrupsioner ünsürlərlə bir siyahıda adları çəkilməsi əslində ictimai fəalların əfv olunmasını daha da əngəlləyir".