“Ölkəmizin böyük enerji resurslarınamalik olması...” Hadisə

“Ölkəmizin böyük enerji resurslarınamalik olması...”

Azər Badamov: "Avropa üçün Azərbaycanın əhəmiyyətini artırır"


"Dövlət başçımızın apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir ki, dünyada dostlarımızın və bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı günü - gündən artır. Bir sıra dövlət başçıları ölkəmizə səfərlər edir, bizimlə əməkdaşlıq imkanları araşdırılır və ölkələrimiz arasındakı səmimi münasibətlər möhkəmlənərək dostluq müstəvisinə keçir. Belə dostluq münasibətlər coğrafiyasının genişlənməsi Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində beynəlxalq dəstəyin alması və ölkəmizin mövqeyini beynəlxalq təşkilatlarda müdafiəsi üçün vacibdir". Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar Kitaroviçin ölkəmizə rəsmi səfəri Azərbaycan- Xorvatiya əlaqələrini möhkəmləndirəcək: "Xorvatiya prezidentinin Azərbaycana səfəri ölkələr arası siyasi əməkdaşlığın, regional əməkdaşlığın və biznes strukturları arası münasibətlərin inkişafına gətirib çıxaracaq. Xorvatiya prezdentinin ölkəsinin Azərbaycana dost deməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həll olunmasını NATO-da və Avropa İttifaqında dəstəkləyəcəyini bəyan etməsi Xorvatiyanın Azərbaycana böyük önəm verməsinin göstəricisidir. Xüsusilə Azərbaycan Xorvatiya ölkələr arası münasibətlər çox səmimidir və öz inkişaf dövrünü yaşayır. Ölkəmizin böyük enerji resurslarına və region üçün vacib coğrafi mövqeyə malik olması Avropa üçün Azərbaycanın əhəmiyyətini artırır".