Tramp İrandan danışıb: Onlara daha bir böyük zərbə vurmalıyıq
Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
Komitə sədri: Azərbaycanda şəhərlərin 65%-i 20 illik Baş planlarla idarə olunur
WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək
13 May 2024 13:30
2 135
Fevralın 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq təqsirləndirilən şəxs Ə.Əhmədovun cəmiyyət üçün təhlükəli olması müəyyən edildiyindən onun barəsində Xətai Rayon Prokurorluğunda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub.
İbtidai istintaq davam etdirilir.