19 May 15:27
2 030
Azərbaycan Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə dayanıqlı və davamlı şəhər icmalarının formalaşdırılması sahəsində konkret təcrübəsini nümayiş etdirib.
Bunu "APA-Economics"ə açıqlamasında BMT Baş katibinin mənzil məsələləri üzrə xüsusi nümayəndəsinin müavini və BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktorunun müavini Gwi-Yeop Son bildirib.
Onun sözlərinə görə, forum zamanı ən çox vurğulanan anlayış “inteqrasiya” olub.
“İnteqrasiya mənzil böhranının həlli üçün istifadə etməli olduğumuz əsas mexanizmdir. Mənzil təminatı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirən əsas amillərdən birinə çevrilməlidir”, – deyə Gwi-Yeop Son qeyd edib.
O bildirib ki, tərəfdaşlıqlar vasitəsilə verilən öhdəliklər konkret fəaliyyətə çevrilməli və xüsusilə geridə qalan insanların əlçatan və münasib qiymətli mənzillə təmin olunmasına xidmət etməlidir.
UN-Habitat rəsmisi Azərbaycanın forumun təşkilində göstərdiyi rolu yüksək qiymətləndirib.
“Azərbaycan Dünya Şəhərsalma Forumunun möhtəşəm və qonaqpərvər ev sahibi oldu. Ölkə yalnız liderlik nümayiş etdirmədi, eyni zamanda dayanıqlı şəhər icmalarının qurulması üzrə konkret təcrübəsini də nümayiş etdirdi”, – deyə o vurğulayıb.
17:33
413
17:32
427
16:49
623