16:14
672
2003-cü ildən bu günə qədər Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib.
"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, son 20 il ərzində paytaxta 180 milyard manata yaxın investisiya yatırılıb.
Eldar Əzizov qeyd edib ki, bu dövrdə yaşayış fondunun genişlənməsi ilə yanaşı, sosial infrastruktur da əhəmiyyətli dərəcədə inkişaf edib. O bildirib ki, son illərdə Bakıda xəstəxanaların sayı iki dəfə artıb, məktəblərin və uşaq bağçalarının sayı da əhəmiyyətli dərəcədə çoxalıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, paytaxtın inkişafı iki il əvvəl təsdiqlənmiş Baş Plan əsasında davam etdirilir.
15:41
784
15:27
791
14:47
812