Tramp İrandan danışıb: Onlara daha bir böyük zərbə vurmalıyıq
Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
Komitə sədri: Azərbaycanda şəhərlərin 65%-i 20 illik Baş planlarla idarə olunur
WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək
19:12
588
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.
Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.
Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.