Nazir müavini: İranda binalar illik ümumi enerji istehlakının 40 faizindən çoxunu təşkil edir İqtisadiyyat

Nazir müavini: İranda binalar illik ümumi enerji istehlakının 40 faizindən çoxunu təşkil edir

Müxtəlif sektorlarda enerji istehlakının artması və istehsal güclərinin məhdudluğu əsas sənaye sahələri üçün tələb olunan enerjinin təmin edilməsini getdikcə çətinləşdirir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində təşkil olunan "D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" mövzusunda keçirilən tədbir zamanı İran İslam Respublikasının yollar və şəhərsalma naziri müavini Qulamrza Kazemian bildirib.

Tikinti səviyyəsi ilə bağlı fikirlərini bölüşən nazir müavini qeyd edib ki, son illərdə qlobal enerji balanssızlığı yeni ölçülər alıb: "İranda binalar illik ümumi enerji istehlakının 40 faizindən çoxunu təşkil edir və buna görə də enerji idarəçiliyində mühüm rol oynayır".

Onun sözlərinə görə, xüsusilə enerji istehlakı tələbatının idarə olunması baxımından binalar və onların tikintisi sahəsi böyük əhəmiyyət kəsb edir.