Qətər Hörmüz boğazında naviqasiya azadlığını tələb edir Dünya

Qətər Hörmüz boğazında naviqasiya azadlığını tələb edir

Qətər Hörmüz boğazında gəmilərin hərəkət azadlığına hörmətlə yanaşmağa çağırır, bu su arterial yolunun bağlanması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazirin müşaviri, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.

Diplomat mətbuat konfransında vurğulayıb:

"Beynəlxalq hüquq normalarına əsasən, Qətər Dövlətinin Hörmüz boğazından təhlükəsiz keçid hüququ var".

Onun sözlərinə görə, heç bir dövlət, o cümlədən İran, gəmilərin hərəkətinə mane ola və ya boğazı bağlaya bilməz. Qətər xarici siyasət idarəsinin rəsmi nümayəndəsi qeyd edib ki, hazırda Fars körfəzində sabitliyin bərpası və naviqasiya azadlığının təmin edilməsi üçün müxtəlif səviyyələrdə təmaslar həyata keçirilir.

Əl-Ənsari vəziyyətin diplomatik yolla nizamlanmasının alternativsiz olduğuna da diqqət çəkib. O, Dohanın "Pakistanın ABŞ və İran arasında vasitəçilik səylərini tam dəstəklədiyini" vurğulayıb.

"Vasitəçilik səylərinin dəstəklənməsi hazırda Dohanın siyasətinin əsasını təşkil edir və Qətər bu prosesə köməklik göstərir", — deyə Baş nazirin müşaviri fikrini yekunlaşdırıb.

Məryəm Quliyeva