İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
TDT-yə üzv dövlətlər şəhər inkişafı sahələrinə dair Anlaşma Memorandumu imzalayıblar
UN-Habitat-ın icraçı direktoru: Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik
Nazir müavini: İranda binalar illik ümumi enerji istehlakının 40 faizindən çoxunu təşkil edir
17:18
623
Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən“Şəhərlər üçün Süni İntellekt - Şəhərsalma və Ağıllı, Davamlı İcmaların Qurulması” mövzusunda keçirilən sessiyada bildirib.
O deyib ki, dünyada evsizlik üzrə çağırışlar hökm sürür: “Bu problemlə mübarizədə spesifik olaraq iş proqramlarımız var. Biz yerli hökümətlərə dəstək vermək, şəhərlər barədə məlumat toplamağa çalışırıq. Bu proses iştirakyönümlü həyata keçirilməlidir. "Ağıllı şəhər"lərdə rəqəmsal transformasiyanın rolunu müəyyənləşdirməliyik. Su itkilərinin qarşısını almalıyıq, tullantıların idarə olunmasını, yağış sularının idarə olunmasını və s. bacarmalıyıq. Bizim süni intellektə, texnologiyaya əlçatanlığımız olmalıdır ki, bu təşəbbüsü uğurla həyata keçirə bilək. Bunun üçün əl-ələ verməli, əməkdaşlıq etməliyik ki, planlarımızı həyata keçirə bilək. Eyni zamanda, BMT-nin rəqəmsal Fövqəladə İdarəetmə mərkəzi ilə əməkdaşlıq çox vacibdir. Artıq 200-dən çox şəhər əməkdaşlıq edir. Bu əməkdaşlıq şəhərlərdə öz nəticəsini göstərir. Bu baxımdan, birgə səy göstərmək, əməkdaşlıq etmək çox vacibdir”.