Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
23 May 2024 15:50
2 380
COP29 kimi bir tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün texniki-təşkilati baxımdan turiz sənayesinin tam hazır vəziyyətə gətirilməsi üçün Dövlət Turizm Agentliyi işlərə başlayıb.
"APA-Economics" xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
"Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-dən artıq yerləşmə vasitəsi audit olunub və onlardan 200-ə yaxını təsnifatdan keçirilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırılmaq üçün müddət verilib. Hazırda regionlarımızda yerləşən hotellərdə də ulduz təsnifatı üzrə işlərə başlanılması nəzərdə tutulur", - deyə A.Hüseynova əlavə edib.