Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
Qriqoryan: Ermənistanla Azərbaycan arasında sülh institutsional addımlar tələb edir
24 Sentyabr 2024 15:41
3 542
Sentyabrın 24-ü saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 24-ü saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Ağdam rayonu Quzanlı kəndinə saat 13:08-13:10 radələrində diametri 8 mm olan dolu düşüb.
Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.