Suyun keyfiyyəti insanın əqli qabiliyyətinə təsir edir Hadisə

Suyun keyfiyyəti insanın əqli qabiliyyətinə təsir edir

San-Dieqoda elmi-tədqiqat laboratoriyasının alimləri bildiriblər ki, su və onun keyfiyyəti insanın intellektinə təsir edir. Yalnız təmiz su təfəkkür prosesini fəallaşdıra bilər. "Aktualnıye novosti" saytı xəbər verir ki, amerikalı alimlər kişi cinsindən onlarla könüllünün iştirak etdiyi irimiqyaslı tədqiqat aparıblar. Onlar uzun müddət hər gün səhər yeməyindən sonra yarım stəkan su içiblər. Bu qrupun və səhər yeməyindən sonra su içməyən könüllülərin əqli qabiliyyətinin nəticələri fərqli olub. Tədqiqat müəlliflərinin fikrincə, su insan beyninin müəyyən reseptorlarına təsir etməklə orqanizmin enerji ehtiyatını yüksəldə bilir. Alimlər, həmçinin qeyd edirlər ki, effektiv nəticə üçün bir neçə qurtum təmiz suyu müəyyən edilmiş vaxtda, məsələn, səhər yeməyindən sonra içmək kifayətdir.