1 Oktyabr 2024 09:13
3 262
Sumqayıtda yük avtomobili yanıb.
APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Orxan Ümid oğlu Qasımova məxsus “Mercedes” markalı yük avtomobili tamamilə yanıb.
Hadisə yerinə FHN-nin DYMX-nin qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
17 May 20:59
2 023
17 May 11:29
1 323
17 May 11:28
1 456