Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
4 Dekabr 2024 15:28
3 997
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin təşəbbüsü ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə hazırlığının vəziyyəti və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirlərdə FHN Şimal Regional Mərkəzinin, sözügedən rayonların icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.
25 Sentyabr 18:21
966
25 Sentyabr 17:17
721
25 Sentyabr 17:16
679