“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
27 Dekabr 2024 12:49
3 962
AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub.
APA xəbər verir ki, Azərbaycan araşdırmaların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib.
Məlumata görə, artıq türkiyəli mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib.
Türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcək.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
29 Sentyabr 21:00
672
29 Sentyabr 18:31
651
29 Sentyabr 17:19
1 183