Güclü külək Zərdabda ciddi fəsadlar törədib Hadisə

Güclü külək Zərdabda ciddi fəsadlar törədib

Güclü külək Zərdabda ciddi fəsadlar törədib.
Zərdab rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon İcra Hakimiyyəti başçısının I müavini Allahverdi Səfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarında rayon ərazisində əsən qısa müddətli külək fəsadlar törədib.
Rayonun İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurub, fərdi təsərrüfatlara ciddi ziyan vurub. A.Səfərov dəymiş ziyanın məbləği ilə bağlı hələlik dəqiq məlumat olmadığını deyib.