Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
USAİD-in 2,4 milyon dolları ciddi rezonans doğurub

USAİD-in 2,4 milyon dolları ciddi rezonans doğurub Hadisə

USAİD-in 2,4 milyon dolları ciddi rezonans doğurub

Aydın Hüseynov: "Həmin qrant layihələrinin gizli şəkildə verilməsi heç bir məntiqə sığmır"

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.
Bununla bağlı mətbuatda yayılan məlumatda elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin edilməməsi xüsusi vurğulanır. "Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yaza bilməz. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz "Azərbaycan mediasının inkişafı üçün" qrant elan edib", - deyə bildirilir.
Məlumatda qeyd olunur ki, USAİD-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub.
"Beləliklə də, elanda şəffaflıq prinspini pozulub, elan gizlin və xəlvəti şəkildə verilib. Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib. Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır. Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır", - məlumatda deyilir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, Bütün dünyada olduğu kimi Azərbaycanda da "Azərbaycan mediaya dəstək fəaliyyəti" layihəsində USAİD qrant proqramında iştirak edənlərin arasında sağlam rəqabəti və şəffaflığı dəstəkləyir.
"ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. Sözügedən layihə barədə məlumatı USAİD öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAİD normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli mediaya daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb", - deyə səfirlikdən bildirilib.
"Bu günlərdə xəbər tutdum ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD Azərbaycanda media sahəsinin inkişafı üçün qrant elanı veribmiş. Özü də nə az, nə çox - düz 2,4 milyon dollarlıq! Maraqlıdır ki, USAİD bu elanı əvvəllər olduğu kimi geniş təbliğ etmək gərəyi duymayıb. Halbuki illər öncəsində bu agentlik öz qrant elanlarını gen-bol reklam edərdi". Bunu isə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət yaranmış vəziyyəti şərh edərkən deyib. Azər Həsrətin sözlərinə görə, belə imkanlar haqqında aylar öncəsindən elanlar verilər, QHT-lərə e-poçt və başqa vasitələrlə xəbər göndərilərdi ki, müsabiqədə iştirak edə bilsinlər: "Amma indi bu elan xəsisliklə, gizli şəkildə və özü də gecikməylə açıqlanıb. İyunun 30-da dərc edilmiş elanda deyilir ki, müraciət müddəti iyulun 7-dək, yəni cəmi 1 həftədir. Bu 1 həftə ərzində isə heç bir QHT 2,4 milyon dollarlıq layihə təklifini işləyib hazırlaya bilməz. Ən güclü beynəlxalq QHT-lər belə bundan da az məbləğ tələb olunan layihələri hazırlamaq üçün aylarla vaxt sərf edir. Demək istədiyim odur ki, USAİD-in belə yanaşması hansısa qaranlıq məqamlardan xəbər verir. Görünür, burada ya korrupsiya elementləri var, ya da sadəcə USAİD-in özünə bəlli olan və öncədən müəyyən edilmiş təşkilatlar üçün imkanlar yaradılır. Bütün bunları ona görə deyirəm ki, bir QHT rəhbəri olaraq, üstəlik də jurnalist təşkilatının sədri kimi mən də bu qrant imkanından yararlanmaq istərdim.
Təbii ki, vaxtında xəbərimiz olsaydı və layihə hazırlamaq üçün zaman qıtlığı yaşanmasaydı. Amma baxıram ki, USAİD bu elanı az qala gizli tutmaqla bizim kimi təşkilatları ədalətli müsabiqə imkanından məhrum edib. Bu isə sual doğurmaya bilməz. Burada istər-istəməz ötən ilki prezident seçkisi öncəsi ABŞ Milli Demokratiya İnstitutu Bakı ofisinin təmsilçisi Aleks Qriqorevsin qısa müddət ərzində bank hesabından çıxardığı 2 milyon dollardan artıq maliyyə məsələsi yada düşür. Bu şübhəli maliyyə əməliyyatının altında yatan əsas məqsədin seçki öncəsi ölkədə qarışıqlıq yaratmaq olduğu haqqında müzakirələr də yaddan çıxmayıb. İndi də görünür, USAİD özünə məlum olan təşkilatlara - Azərbaycandakı "5-ci kolon" təmsilçilərinə gizli şəkildə lazımi şəraiti yaradıb, elan gözə kül üfürmək üçün diqqət cəlb edilməyəcək bir şəkildə, özü də çox gec dərc edilib, bununla da guya potensial iddiaçılara bərabər şərait yaradıldığı görüntüsü yaradılıb".
Onun sözlərinə görə, bir maraqlı məqam da ondan ibarətdir ki, USAİD heç bir mənbədə bu qranta iddia edən təşkilatlar haqqında məlumat dərc etməyib: "Belə gizliliyin daha birinə biz yenə də ABŞ-ın NED kimi tanınan Milli Demokratiya Fondunun saytında rast gəlirik. Təşkilatın saytında Güney Qafqaz ölkələrindən Ermənistan və Gürcüstan QHT-lərinə ayrılan maliyyəni alan təşkilatların adları göstərilsə də, Azərbaycanla bağlı yalnız layihələrin adları göstərilir. Həmin layihələri icra edən təşkilatların adları isə gizli tutulur. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, bu ABŞ təşkilatları ya birlikdə, ya da ayrı-ayrılıqda çirkli pulların yuyulmasıyla məşğuldur, yaxud da onların hər ikisi 2015-ci il parlament seçkiləri öncəsi üçün Azərbaycanı qarışdırmağa xidmət edən planlar cızmaqdadır. Belə olmasaydı, Azərbaycan üçün böyük məbləğ sayılan qrant elanı bu qədər gizli tutulmaz, qrant almış təşkilatların adları açıqlanardı.
Deməli, burada məsələ heç də təmiz deyil. Bu baxımdan Azərbaycan dövlətinin, müvafiq dövlət qurumlarının məsələni diqqətdə saxlaması yerinə düşərdi. Çünki bu qədər gizli və şübhəli vəsaitlər haqqında bizim belə məlumatımız varsa, mümkündür ki, daha böyük və şübhəli vəsaitlər də hardasa dövr edir. Üstəlik nəzərə alsaq ki, Yaxın Şərq ölkələrində "demokratiya" yelləri də bu cür vəsaitlər hesabına əsməyə başlayıb, deməli, məsələyə diqqət yetirməyə dəyər".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə münasibət bildirərkən deyib ki, bu gün Azərbaycan cəmiyyəti çox ayıq-sayıqdır: "Bu mənada hesab edirəm ki, onlar ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcəklər". YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir və onların da kifayət qədər vəsaitləri var: "Beləcə, həmin şura normal layihələrini təqdim edən QHT-lərə böyük dəstək olur. Burada yüzlərlə QHT-lər bu layihələrdə iştirak edir, onun qalibi olaraq qrantlar alır. Bu gün ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatların, QHT-lərin maliyyələşdirilməsi üçün heç bir problem yoxdur.
Digər tərəfdən ölkəmizin maliyyə və bank sistemi çox mükəmməl şəkildə fəaliyyət göstərir. Ölkəmizdə valyuta və digər əməliyyatlar şəffaf şəkildə həyata keçirilir. Əgər bu gün hər hansı bir QHT-yə gizli yolla qrantlar verilirsə, bu zaman ortalığa maraqlı məqamlar çıxır. Əslində qrantların verilməsində heç bir gizlilik olmamalıdır, əksinə bu proses açıq şəkildə həyata keçirilməlidir. Buradan görünür ki, onların məqsədi tamam başqadır.
Bununla belə, bu gün Azərbaycan mediasında çox böyük şəffaflıq mövcuddur və imkanlar var. Əgər Azərbaycanda internetlə bağlı heç bir problem yoxdursa və internet azadlığı mövcuddursa, bu zaman biz nədən danışa bilərik? Eləcə də digər qəzet, radio, televiziyaları və s. buna nümunə olaraq göstərə bilərik. Onlar sadəcə olaraq qrantlar ayırmaqla Azərbaycan dövlətçiliyinə hansı bir mövqedənsə kölgə salmağa çalışırlar. Həmin insanlar öz əlaltıları vasitəsilə ölkəmizin siyasi arenasında bir çaxnaşma yaratmaq istəyirlər. Həmin qrant layihələrinin gizli şəkildə verilməsi heç bir məntiqə sığmır".

Əli