Rubio və Van İ nüvəsizləşdirmənin yüksək səviyyədə müzakirəsini vacib sayıblar Dünya

Rubio və Van İ nüvəsizləşdirmənin yüksək səviyyədə müzakirəsini vacib sayıblar

ABŞ Dövlət katibi Marko Rubio və Çin Xarici İşlər naziri Van İ telefon danışığı zamanı nüvəsizləşdirmə məsələsinin, o cümlədən Rusiyanın iştirakı ilə potensial üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə müzakirəsinin vacibliyi barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, tərəflər sülh və nüvəsizləşdirmə kimi məqsədlərin irəli aparmaq üçün liderlər səviyyəsində məzmunlu müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin qarşılıqlı hörmət və ədalət əsasında strateji sabitlik münasibətlərinə sadiqlik ifadə edilib.

Çin tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə ABŞ Prezidenti Donald Trampın noyabrda Şençjendə keçiriləcək APEC sammitinə və Çin Sədri Si Cinpinin dekabrda Mayamidə baş tutacaq G20 sammitinə qarşıdakı səfərləri də müzakirə olunub.

Məryəm Quliyeva