Kim Çen In Yapon dənizində tikilən yeni hərbi-dəniz bazasına baxış keçirib Dünya

Kim Çen In Yapon dənizində tikilən yeni hərbi-dəniz bazasına baxış keçirib

Şimali Koreya lideri Kim Çen In çərşənbə günü Yapon dənizində inşa edilən müasir hərbi-dəniz bazasına baş çəkib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Kim Çen In hərbi-dəniz bazasının strateji əhəmiyyətini vurğulayıb", - deyə KMTA qeyd edir.

Nəşrin məlumatına görə, HDQ bazasının inşası "partiyanın IX qurultayının və doqquzuncu çağırış Mərkəzi Komitəsinin II Plenumunun qərarına əsasən" irəliləyir. Sözügedən bazanın dəqiq yerləşmə yeri açıqlanmır.

Şimali Koreya lideri tikintinin gedişatı ilə bağlı məruzəni dinləyib.

Bundan əlavə, o, "bazanın ardıcıl şəkildə modernləşdirilməsi və çoxfunksiyalılığının təmin edilməsi məqsədilə strateji elementlərin yerləşdirilməsi ilə bağlı göstərişlər verib".

"Kim Çen In qeyd edib ki, müasir hərbi-dəniz bazasının tikintisi dövlətimizin təhlükəsizliyi və dənizdə suverenliyin qorunması ilə birbaşa bağlı olan ardıcıl, ən mühüm və əsas işdir", - deyə məlumatda bildirilir.

Məryəm Quliyeva