“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
24 İyun 2019 16:17
1 190
Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondu birgə konfrans keçirib
İyunun 24-də “Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” mövzusunda elmi konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, konfransın təşkilatçıları Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondudur.
Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.
“Xalqımıza sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb”, - deyə akademik qeyd edib.
Yaqub Mahmudov deyib ki, Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Konfransda “Sovet dövlətinin Cənubi Qafqazdakı milli siyasətində erməni amili” adlı məruzə ilə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev qeyd edib ki, sovet dönəmində erməni amilinin gücləndirilməsinə xüsusi qayğı göstərilib: “1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunmuş və orada xaricdən gətirilmiş ermənilər yerləşdirilmişdir. 1945-1985-ci illərdə Cənubi Qafqaza 150 mindən çox erməni köçürülüb”.
Tarixçi alimlər Cəbi Bəhramov, Kərim Şükürov, İlqar Niftəliyev, Kamran İsmayılov və başqaları bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
1 Noyabr 17:46
1 477
1 Noyabr 14:21
1 491
31 Oktyabr 20:55
1 911