Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 Dekabr 2019 12:59
1 666
Dekabr ayının 20-də saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini paytaxt sakini 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək hadisə yerindən yayınıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən “Daewo” markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
15 Noyabr 16:55
1 631
14 Noyabr 19:54
2 072
14 Noyabr 19:10
2 219