Novruz Məmmədovdan Kolerova cavab Hadisə

Novruz Məmmədovdan Kolerova cavab

"Onun özü provakasiya niyyətlidir"

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rusiyalı politoloq Modest Kolerovun fikirlərinə münasibət bildirib.
N.Məmmədov Kolerovu tənqid edərək, onu provokasiya niyyətli adam adlandırıb: "Bəzi, Modest Kolerov kimi, özünü siyasətçi sayanlar provokasiya niyyətli fikirləri ilə reytinq qazanmağı peşə hesab edirlər".
Qeyd edək ki, Kolerov "Regnum" agentliyindəki məqaləsində Azərbaycanın İranı yaxın gələcəkdə provokasiyaya çəkəcəyini yazmışdı.