17 Dekabr 23:42
ABŞ Meksika kartelinə neft oğurluğuna görə sanksiyalar tətbiq edib
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub
"Ağ Evi alçaltmaq istəyən Zelenski deyil, Ukrayna idi ki.. "
ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir?
Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu başlayıb
10 May 2020 17:49
3 423
Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.