Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir Hadisə

Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir

Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, təcili yardım xidmətinin üzərinə düşən yükün azaldılması üçün təqribən 2 həftə əvvəl COVİD xəstələrinin ev şəraitində müalicəsi məsələsinə baxılııb.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 89 poliklinika əsasında 39 COVİD məntəqəsi yaradilib: “Bu məntəqələrə gün ərzində 700-800 müraciət edilir. Əvvəl bu çağırışların əksəriyyəti təcili yardımın üzərinə düşürdü, indi isə bu yük bir qədər azaldılıb. Düşünürəm ki, müəyyən müddətdən sonra təcili yardımla bağlı çağırışlarda gecikmələrlə üzləməyəcəyik”.