
XİN rəhbəri NATO-nun tədbirində iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə dekabrın 2-də NATO-nun xarici işlər nazirləri səviyyəsində Əfqanıstan üzrə keçiriləcək iclasında iştirak etmək üçün Brüsselə yola düşüb. Bu barədə XİN-in mətbuat xidməti məlumat verib.
İclas NATO-nun mənzil-qərargahında təşkil ediləcək. İclasda nazir Elmar Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.