24 Fevral 2021 14:07
2 723
"Ukraine International Airlines" (UIA) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.
"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin elanında deyilir.
Məlumata görə, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır. UIA artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA