Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb - ƏLAVƏ OLUNUB Hadisə

Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb - ƏLAVƏ OLUNUB

Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

XXX
1324

Bakıda qarlı havada küçələrdə 22 nəfər yıxılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 10 nəfəri kişi,12 nəfəri isə qadındır.

Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

XXX

11:38

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

XXX

10:21

Bakıda ötən gecədən bu vaxta qədər qarlı hava ilə bağlı 8 nəfər yıxılaraq xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat veriblər.

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.