“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
18 Mart 2021 13:36
8 064
Sumqayıtda inşa edilən yeni stadionda tikinti işləri davam etdirilir.
Yeni stadion 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt Stadionunun yerində tikilir. Hazırda stadionda tribunaların üzərində olan örtüyün quraşdırılması yekunlaşmaq üzrədir.
Bundan əlavə stadionun mərkəzində olan tullantılar ərazidən çıxarılıb. Qazon örtüləcək torpaq xüsusi texnikaların köməyi ilə bərkidilib. Stadionda qonaqlar üçün ayrılan tribunalarda da işlər aparılır.
Qeyd edək ki, yeni tikilən stadionun tutumunun 12 min olacağı nəzərdə tutulur. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində hotelin inşa olunması da planlaşdırılır.
29 Sentyabr 21:00
686
29 Sentyabr 18:31
665
29 Sentyabr 17:19
1 190










