“Erməni separatçılarının vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik etdi”
Milli Hidrometeorologiya Xidməti: Yaxın günlərdə qar və çovğun proqnozlaşdırılmır
“Bu, bütün dünya ictimaiyyətinin Azərbaycan liderinə verdiyi qiymətdir”
Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il azadlıqdan məhrum olunub
31 Mart 2021 12:09
1 764
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib.