TƏBİB diabetin vaxtında aşkarlanması istiqamətində 280-ə yaxın vətəndaşa tibbi xidmət göstərib
Son dörd ildə təhsil krediti üçün 83 mindən çox müraciət olub
Azərbaycan şahmatçısı: "Özbəkistanla görüşlərdə şansları düzgün dəyərləndirmədik"
Paşinyan 2026-cı il parlament seçkilərində iştirakını rəsmən elan edib
29 İyul 2021 19:09
3 248
Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.
Antalyanın Manavgat rayonundakı yanğınlarda 3 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.
Əhaliyə, dövlətə və təbiətə külli miqdarda zərər dəyib.
Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə Böhran Mərkəzi yaradılıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ekoloji böhran hadisəsi ilə bağlı birgə brifinq keçiriblər.
Ən son məlumata görə, ölkə üzrə 17 vilayətdə 53 nöqtədə yanğın baş verib. Yanğın ocaqlarının 36-da vəziyyət nəzarətə götürülüb.