Aİ Azərbaycanı Avropaya bağlayacaq yaşıl enerji layihəsini prioritet elan edib
Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır
Aİ komissarı "Tramp marşrutu"ndan danışıb: İdeyalarımızı Türkiyə və Azərbaycanla müzakirə edirik
Prezident: BƏƏ liderinin Qarabağı ziyarət etməyi xüsusi rəmzi məna daşıyır
19 Avqust 2021 11:47
2 499
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.
Bir daha izah edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.



