ABŞ-da 65 yaşdan yuxarı insanlar üçün "Pfizer" peyvəndinin 3-cü dozasını vurulması tövsiyə olunub Hadisə

ABŞ-da 65 yaşdan yuxarı insanlar üçün "Pfizer" peyvəndinin 3-cü dozasını vurulması tövsiyə olunub

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzləri 65 yaş və daha yuxarı insanlarda koronavirusa qarşı peyvəndin hər iki dozasından sonra "Pfizer" vaksinin 3-cü ("buster") dozasını tövsiyə edib.

Bu barədə "Reuters" agentliyi təşkilatın konsultativ qrupuna istinadən bildirib.

Məlumata əsasən, həmçinin bu tövsiyə xəstəliyi ağırmə keçirmə riskinə daxil olan insanlara da aiddir.

Bildirilib ki, qurum fəaliyyət növünə görə xüsusilə yoluxma riskində olan 18 yaşdan 64 yaşa qədər olan şəxslərin peyvənd edilməsi üçün dərmanın əlavə dozalarının istifadəsini dəstəkləməyib.