“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
28 Sentyabr 2021 14:11
2 317
Kaspersky mütəxəssisləri gizli şəbəkə (darknet) forumlarında Steam, Epic Games Store və EA Origin kimi tanınmış oyun platformalarındakı hesab məlumatlarını oğurlamaq üçün istifadə edilən troyanlar satıldığını aşkarlayıb. Xalqcəbhəsi.az xəbər verir ki, “BloodyStealer” adlandırılan troyan gözəçarpmadan müdaxilə etməyi bacarır, onun gizli şəbəkələrdəki satış qiyməti isə aylıq 10 ABŞ dollarından və ömrülük 40 ABŞ dollarından az deyil.
Oyundaxili məhsullar və hesablara kölgə forumlarında xüsusi tələbat var. Məsələn, Steam, Origin, Ubisoft və ya EpicGames kimi populyar oyun platformalarına giriş üçün login və şifrə birləşmələri topdan satış qiymətlə min hesab üçün 14,2 ABŞ dollarına və hətta individual hesab qiymətinin 30%-i dəyərində satıla bilər. Oğurlanmış məlumatlar gizli şəbəkədə əksər hallarda məlumat sızması nəticəsində deyil, təcavüzkarların məqsədyönlü fəaliyyəti nəticəsində peyda olur. BloodyStealer vasitəsilə həyata keçirilən hücumlar da bu qəbildəndir.
Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib ki, haqqında danışdığımız troyan, məsələn, “cookie” fayllar, şifrələr, skrinşotlar, avtomatik tamamlama formaları və bank kartları məlumatları kimi müxtəlif növ məlumatları toplamağa qadirdir: “BloodyStealer hücumları hazırda Avropa, Latın Amerikası və Asiya-Sakit okean hövzəsi ölkələrində və digər ölkələrdə qeydə alınır”.
Kaspersky istifadəçilərə tövsiyə edir:
hesab məlumatlarını ikifaktorlu identifikasiya ilə qoruman;
şübhəli linklər vasitəsilə oyun çatlarından kənar saytlara giriş etməmək və login və şifrə istəyən istənilən resursu diqqətlə yoxlamaq;
proqramları yalnız rəsmi mənbələrdən yükləmək;
xüsusi oyun rejiminə malik, cihazın məhsuladrlığına təsir etmədən məhsulun effektiv fəaliyyətini təmin edən, məsələn, kompüterlər üçün Kaspersky Total Security və ya Andorid platformalı mobil cihazlar üçün Kaspersky Internet Security kimi etibarlı qoruma həllərindən istifadə etmək.
1 Noyabr 17:46
1 757
1 Noyabr 14:21
1 757
31 Oktyabr 20:55
2 177