“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
6 Oktyabr 2021 15:28
2 499
Koronavirusun hər bir dalğasının başlanğıcı olduğu kimi, sonu da var və 6 həftəlik proseslərdən sonra gedişat sönməyə başlayır. Bu gün ölkəmizdə növbəti dalğanın sönməsi hər birimizi sevindirir.
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, xəstəxanalarda xəstə yükü azalmağa başlayıb, günlük ölüm sayları getdikcə azalır: “Amma unutmamaq lazımdır ki, pandemiya davam etdiyi müddət ərzində hər ölkədə bəlli aralıqlarla növbəti dalğalar olacaq və payız aylarında qripal infeksiyaların çoxalması gözləniləndir. Arzu etməsək də, növbəti dalğanın noyabr-dekabr aylarında olma ehtimalı var.
Bunu nəzərə almamaq və ya buna qarşı əks fikrə düşmək sadəlövhlük olar. Bunu nəzərə almaq həm də ona görə lazımdır ki, indidən peyvənd olunmayanlar zamanında peyvənd olunsunlar ki, peyvənd olunduqdan sonra istənilən bir dalğa qarşısında yoluxsalar belə, qorxmadan evlərində sadə üsullarla, evlərdə hər hansı bir təhlükəli dərman istifadə etmədən bu xəstəliklə mübarizəni stressiz bir şəkildə həyata keçirə bilsinlər. Hər birimizə bu xəstəliklərdən uzaq, sağlam və təhlükəsiz həyat arzulayıram”.
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1 597 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.
1 Noyabr 17:46
1 848
1 Noyabr 14:21
1 841
31 Oktyabr 20:55
2 261